Polşada keçirilmiş forumda
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu
mükafatlandırılmışdır
Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov jurnalistlərə müsahibəsində bildirmişdir ki, martın 3-5-də Polşada Birinci Avropa Sosial Forumu keçirilmişdir. Forumda DSMF İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi ilə ən səmərəli idarəetmə nominasiyası üzrə qalib olmuşdur.
Avropanın
bütün ölkələrinin iştirak etdiyi forumda Beynəlxalq
Sosial Təminat Assosiasiyası 2009-cu ilin nəticələrinə
görə, Avropa ölkələrində fəaliyyət
göstərən pensiya-sığorta qurumlarını bir
neçə nominasiya üzrə
mükafatlandırmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 10 mart.- S. 1.