Meksikada Azərbaycan Mədəniyyəti Günləri keçirilir

 

Latın Amerikası bölgəsində Azərbaycanla tanışlığın artırılması məqsədi ilə Meksikada martın 6-dan 11-dək davam edəcək Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Əlamətdar hadisə ərəfəsində Meksikanın ingilis dilli mətbu orqanı "The News" qəzeti martın 5-də ölkəmiz barədə 4 səhifəlik xüsusi buraxılış nəşr etmişdir. Rəngarəng fotolarla zəngin buraxılışda Azərbaycan Respublikasının Meksikadakı səfiri İlqar Muxtarovun müsahibəsi, Azərbaycan haqqında ümumi göstəricilər, habelə xalqımızın tarixi, ədəbiyyatı, musiqisi, folklor mədəniyyəti, milli mətbəximizə dair ətraflı məlumat verilmişdir.

Səfir müsahibəsində Latın Amerikası bölgəsində Azərbaycanın ilk yeganə diplomatik nümayəndəliyinin Meksika-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişaf etdirilməsinə çalışdığını qeyd edərək, münasibətlərimizin mövcud vəziyyətinə nəzər salmışdır. Azərbaycanın enerji hasilatı nəqli sahəsində tarixi təcrübəyə malik olduğu barədə danışan diplomat, Meksika ilə enerji sahəsində əməkdaşlıq perspektivləri üzərində dayanmışdır. O, həmçinin "The News" oxucularına Azərbaycan-Meksika ticarət dövriyyəsinin artırılması, ölkələrimiz arasında neft-kimya məmulatlarının istehsalı, turizm, təhsil mədəniyyət sahələrində potensial əməkdaşlıq imkanlarının mövcud olduğunu çatdırmışdır. Müsahibədə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, təcavüz nəticəsində bir milyon azərbaycanlının qaçqın məcburi köckün vəziyyətində yaşadığı qeyd edilmişdir. Diplomatın sözlərinə görə, Meksika ilə Azərbaycan arasında siyasi əlaqələr gündən-günə inkişaf edir, Meksika beynəlxalq toplantılar zamanı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir.

Nəşrdə Azərbaycan haqqında dərc edilmiş məqalədə, həmçinin milli mətbəximizin inciləri təkamül tarixi barədə ətraflı söz açılmışdır. Səfir Muxtarovun həyat yoldaşı Nərgiz Rəhimxanova "The News" qəzetinin müxbirini Azərbaycan mətbəxinin geniş nümunələri, xalqımızın süfrə mədəniyyəti adətləri ilə tanış etmiş, xalqımızın misilsiz qonaqpərvərliyindən söhbət açmışdır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Mexiko

 

Azərbaycan.- 2010.-  10 mart.- S.  6.