Azərbaycan Prezidenti İlham Əliyev RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Almaniyanın RWE şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması münasibətilə qonağı təbrik etdi. Energetika sahəsində Azərbaycanın 15 ildən artıq beynəlxalq əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirən Prezident İlham Əliyev bu müddət ərzində bütün layihələrin uğurla icra olunduğunu qeyd etdi.
RWE şirkətinin idarə heyətinin sədri Yurgen Qrosman Azərbaycan Dövlət Neft Şirkəti ilə Qarşılıqlı Anlaşma Memorandumunun imzalanmasını gələcək əməkdaşlığın yaxşı başlanğıcı kimi qiymətləndirdi və əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 11
mart.- S. 1.