Məmməd Arazın xatirəsinin əbədiləşdirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Məmməd Arazın (Məmməd İnfil oğlu İbrahimovun) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:

Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində küçələrdən birinə Məmməd Arazın adının verilməsini onun yaşadığı binaya (İstiqlaliyyət küçəsi, 9) xatirə lövhəsinin vurulmasını təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  12 mart.- S.  1.