Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, öz xidməti vəzifələrini hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən yüksək peşəkarlıq göstərdiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının aşağıda adları göstərilən hərbi qulluqçuları təltif edilsinlər:

 

"İgidliyə görə" medalı ilə:

 

Məmmədbəyli Həzi Rasim oğlu - baş çavuş (ölümündən sonra)

Hüseynov İdrak Ağamoğlan oğlu - əsgər (ölümündən sonra)

Xanıyev Mənsum Rəhmət oğlu - əsgər (ölümündən sonra)

 

"Hərbi xidmətlərə görə" medalı ilə:

 

Alıyev Fuad Məhəmmədəli oğlu - polkovnik

Hüseynov Tofiq Vaqif oğlu - polkovnik-leytenant

Məmmədov Hüseyn Elxan oğlu - polkovnik-leytenant

Kərimov Elnur Elxan oğlu - mayor

Cəfərov Mahmud Mirzəməmməd oğlu - kapitan

Yusibov Zəfər Qəzənfər oğlu - kapitan

Məhəmmədi Asif Aslan oğlu - gizir

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  12 mart.- S.  1.