Azərbaycan Prezidenti İlham Əliyev Koreyanın torpaq, nəqliyyat dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Koreya Respublikasının torpaq, nəqliyyat dəniz işləri üzrə naziri Çanq Conq Hoanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Koreyalı nazirin azərbaycanlı həmkarları ilə yaxşı əlaqələr yaradacağına ümidvar olduğunu bildirən dövlətimizin başçısı əməkdaşlığımızı genişləndirmək üçün görüləcək əlavə tədbirlərin müəyyənləşdirilməsi baxımından səfərin əhəmiyyətli olduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda Koreya ilə birgə fəaliyyəti inkişaf etdirmək üçün böyük planların olduğunu vurğuladı. Artıq Koreyadan olan bir sıra şirkətlərin ölkəmizdə fəal çalışdıqlarını qeyd edən dövlətimizin başçısı onların sayının artacağına ümidvar olduğunu bildirdi.

Koreyanın torpaq, nəqliyyat dəniz işləri üzrə naziri Çanq Conq Hoan ölkəmizə ilk dəfə səfər etdiyini burada görülən işlərin ona xoş təsir bağışladığını dedi. Nazir Azərbaycan iqtisadiyyatının sürətli inkişafına Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olunduğunu dövlət başçısının ölkələrimiz arasında münasibətlərin inkişafına böyük maraq göstərməsinin əhəmiyyətini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  12 mart.- S.  1.