Milli Onkologiya Mərkəzi ilə "Beynəlxalq Onkoloji Yardım" Təşkilatı arasında Memorandum imzalanmışdır

 

Azərbaycan Milli Onkologiya Mərkəzi İtaliyanın "Beynəlxalq Onkoloji Yardım" qeyri-kommersiya İctimai Təşkilatı (C.A.İ. Onlus) ilə səmərəli əməkdaşlıq edəcəkdir. Bununla əlaqədar hər iki qurum arasında Memorandum imzalanmışdır.

C.A.İ. Onlusun ölkəmizdə səfərdə olan mütəxəssisləri martın 11-də Milli Onkologiya Mərkəzində olmuşlar. Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat vermişdir. İtaliyalı mütəxəssislər Milli Onkologiya Mərkəzinin fəaliyyətini, burada xəstələrin hərtərəfli müayinəsi müalicəsi üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.

Sonra Milli Onkologiya Mərkəzi ilə "Beynəlxalq Onkoloji Yardım" təşkilatı arasında Memorandum imzalanmışdır. Sənədi Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev təşkilat adından İtaliyanın Cuddi Klinikasının baş həkimi M.Kastodi imzalamışlar.

Sənədə əsasən C.A.İ Onlus onkoloji xəstələrin müayinəsi, müalicəsi, eləcə kadr hazırlığı sahələrində, habelə tibbi avadanlığın alınmasında Azərbaycana yardım göstərəcəkdir. Azərbaycanlı həkimlər İtaliyada ixtisasartırma kursları keçəcək, italiyalı mütəxəssislər isə Bakıda treninqlər təşkil edəcəklər.

Sonra "Beynəlxalq Onkoloji Yardım" təşkilatının fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Bildirilmişdir ki, beynəlxalq humanitar tibbi yardım təşkilatı olan C.A.İ. Onlusun əsas məqsədi onkoloji xəstələrin müalicəsinin effektivliyini gücləndirmək, bu xəstəliyin xüsusən uşaqlar arasında yayılmasının qarşısının alınmasına köməklik göstərməkdir. Azərbaycanda bu istiqamətdə görülən işlər, Milli Onkoloji Mərkəzin açılması, Onkoloji Uşaq Xəstəxanasının tikintisi digər tədbirlər C.A.İ. Onlus rəhbərliyinin diqqətini cəlb etmişdir. C.A.İ. Onlusun rəhbərliyi Azərbaycana bu istiqamətdə yardım göstərmək barədə qərar qəbul etmişdir.

Sonra tədbirdə iştirak edən Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli, İtaliyanın ölkəmizdəki səfiri Mario Corco Stefano Baldi, Cuddi Klinikasının baş həkimi M.Kastodi başqaları təşkilatın yaranma tarixindən, təsisçiləri, fəaliyyəti, Azərbaycan-İtaliya münasibətləri barədə məlumat vermiş, jurnalistlərin suallarını cavablandırmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12  mart.- S.  4.