Londonda "Böyük Britaniya Azərbaycanda" mövzusunda ticarət-investisiya forumu keçirilib

 

Londanda Yaxın Şərq Assosiasiyası (Middle East Association) Azərbaycan Beynəlxalq Bankının (ABB) təşkilatçılığı ilə "Böyük Britaniya Azərbaycanda" mövzusunda ticarət-investisiya forumu keçirilib.

ABB-dən verilən məlumata görə, forum çərçivəsində Böyük Britaniyanın adamları Azərbaycanın investisiya imkanları ilə tanış olublar. Tədbirdə çıxış edən London Sitinin lord-meri Nik Alderman qeyd edib ki, bu tədbirin keçirilməsi Böyük Britaniyanın maliyyə xidmətləri sektorunun Azərbaycana geniş marağını göstərir. Onun sözlərinə görə, Azərbaycan inkişaf etməkdə olan bazarın mühüm təmsilçisi qismində nəzərdən keçirilir. "Hazırda Azərbaycanda 160-dan çox Böyük Britaniya şirkəti fəaliyyət göstərir. Onlar arasında kiçik orta müəssisədən tutmuş ABƏŞ, Rolls Royce, BP kimi böyük şirkətlər var. Azərbaycan Rusiya Ukraynadan sonra Şərqi Avropada MDB- Böyük Britaniyanın üçüncü iri ixrac bazarıdır", - deyə lord-mer bildirib. O öz çıxışında ümidvar olduğunu bildirib ki, gələcəkdə Azərbaycan Böyük Britaniya arasında ikitərəfli ticarət investisiya imkanları artacaq.

Forumda çıxış edən Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri, Azərbaycan-Britaniya Biznes Şurasının həmsədri Cahangir Hacıyev qeyd edib ki, Britaniya Azərbaycan işgüzar dairələrinin təşəbbüsü ilə ötən ilin sonlarında yaradılan Biznes Şurası iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verməkdədir. O bildirmişdir ki, qonşu ölkələrlə müqayisədə Azərbaycan qlobal maliyyə böhranından daha yaxşı qurtula bilib. Bu da, ölkə iqtisadiyyatının düzgün idarə olunması, onun diversifikasiya siyasəti ilə bağlıdır ki, hazırda Azərbaycan iqtisadiyyatı inkişafın ikinci mərhələsinə keçib.

Forumun işində iştirak edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov çıxışında qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan Böyük Britaniya onun inkişafında əsas rol oynayıb. Bu gün Böyük Britaniya Azərbaycan iqtisadiyyatında ən iri xarici investordur Britaniya şirkətləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərir.

 

 

Azərbaycan.- 2010.- 12 mart.- S.  4.