Prezident İlham Əliyev Bakı Biznes Mərkəzinin açılışında iştirak
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Dənizkənarı Milli Parkda inşa edilmiş Bakı Biznes Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu.
Bakı Biznes Mərkəzi orijinal layihəsi ilə diqqəti çəkir. Mərkəzin ərazisindəki
fəvvarə Dənizkənarı
Milli Parka əlavə yaraşıq
gətirir. Bakı Biznes Mərkəzində yüksək səviyyəli
beynəlxalq tədbirlər,
o cümlədən biznes-forumlar təşkil olunacaqdır. Buradakı lift və eskalatorlar da ən müasir standartlara cavab verir.
İqtisadi inkişaf
naziri Şahin Mustafayev məlumat verdi ki,
ümumi sahəsi 4664
kvadratmetr olan mərkəz üçmərtəbəlidir.
Birinci mərtəbədə ən
müasir avadanlıqla
təchiz edilmiş
300 nəfərlik sərgi
salonu yerləşir.
İkinci mərtəbədə 3 kiçik konfrans zalı və 250 yerlik restoran fəaliyyət göstərir.
Üçüncü mərtəbədə 8 ofis və görüş
otaqları vardır.
Bakı Biznes Mərkəzində müxtəlif səviyyəli
tədbirlərin, o cümlədən
beynəlxalq konfransların
keçirilməsi üçün
hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısı
burada təşkil edilmiş sərgi ilə
Prezident İlham Əliyevə son illərdə, o cümlədən
2009-cu ildə regionların
sosial-iqtisadi inkişafı
istiqamətində əldə
edilən nailiyyətləri
əks etdirən sərgi barədə məlumat verildi. Bildirildi ki,
regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı çərçivəsində
respublikamızın ayrı-ayrı
iqtisadi rayonları üzrə əsaslı işlər görülmüş
və silsilə tədbirlər reallaşdırılmışdır.
Regionlarda kənd təsərrüfatı ilə
yanaşı, sənayedə
də əsaslı irəliləyişə nail olunmuş,
yeni istehsal və xidmət müəssisələri, sosial
infrastruktur obyektləri
yaradılmış, yeni
iş yerləri açılmışdır. Həyata keçirilən
məqsədyönlü tədbirlər
nəticəsində sahibkarlıq
ölkə iqtisadiyyatının
aparıcı qüvvəsinə
çevrilmişdir. Əlverişli biznes mühiti sayəsində ötən
illərdə ölkə
iqtisadiyyatına qoyulmuş
investisiyaların məbləği
70 milyard dolları ötmüşdür. Sevindirici haldır
ki, bunun təxminən yarısını
yerli investisiyalar təşkil edir.
Sərgidə müxtəlif iqtisadi rayonlar üzrə ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin
daha da möhkəmləndirilməsi
üçün sistemli
və kompleks tədbirlərin davam etdirildiyi də öz əksini tapmışdır. Sərgi Prezident İlham
Əliyevin tapşırıqlarına
uyğun olaraq keyfiyyətin başlıca
meyar kimi qəbul edilməsini də özündə dolğun əks etdirir. Ötən illərin təcrübəsi
göstərir ki, respublikamızda biznes mühiti ildən-ilə daha da yaxşılaşır.
İşgüzar əlaqələrin gücləndirilməsi, sahibkarlara
dövlət qayğısının
artırılması hesabına
regionların inkişafı
sürətlənir. 2010-cu
ildə və növbəti illərdə
də sosial-iqtisadi siyasətin əsas istiqamətini əhalinin həyat səviyyəsinin
yüksəldilməsi təşkil
edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 13 mart.-
S. 1.