Misir Ərəb Respublikasının Prezidenti
zati-aliləri cənab
Məhəmməd Hüsni
Mübarəkə
Hörmətli cənab Prezident!
Görkəmli din xadimi, Əl-Əzhərin Şeyxi doktor Məhəmməd Səid Tantavinin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə və yaxın adamlarına, bütün Misir xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 mart 2010-cu il
Azərbaycan.- 2010.- 13 mart.- S.
2.