Daxili Qoşunların şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Daxili Qoşunların 18-ci ildönümü münasibətilə martın 12-də qurumun rəhbərliyi şəxsi heyət Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Daxili Qoşunların rəhbərliyi şəxsi heyət buradan Şəhidlər xiyabanına gəlmiş, Azərbaycanın azadlığı suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüşdür. Daxili Qoşunların şəhid olmuş əməkdaşlarının məzarları üzərinə şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış xatirə abidəsinin önünə güllər düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13  mart.- S.  6.