Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Rusiya Müftilər Şurası xeyriyyə aksiyası keçirmişlər

 

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiya Müftilər Şurası sosial-xeyriyyə dini-maarifləndirmə departamenti ilə birlikdə Moskvanın iki uşaq evində səyyar xeyriyyə aksiyası keçirmişdir.

İlk xeyriyyə tədbiri Rusiya paytaxtının şimal-şərq dairəsində yerləşən 50 uşağın tərbiyə aldığı uşaq evində keçirilmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Müftilər Şurası departamentinin əməkdaşları uşaqlarla görüşüb söhbət etmişlər. Burada tərbiyə alan uşaqların əksəriyyətinin valideyni qohumları olsa da, onlar isti ailə ocağından məhrumdur. Uşaqlara Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən gödəkçələr digər hədiyyələr təqdim olunmuşdur. Onlara Fond, ölkəmiz, kimsəsiz məzlum insanlara rəhimdilliyi ilə tanınan xalqımız barədə məlumat verilmişdir.

Müftilər Şurası departamentinin əməkdaşları da uşaqlara hədiyyələr təqdim etmişlər: kimisinə konstruktor, kimisinə saat, hamam ləvazimatı, bəzilərinə isə oyuncaqlar hədiyyə olunmuşdur. Uşaqların əksəriyyəti Məhəmməd peyğəmbər, İslam şəriəti, əxlaqi dəyərlər xeyirxah işlər görməyin vacibliyi barədə söhbətləri ilk dəfə dinləyirdilər. Görüş zamanı təşkil olunan şən müsabiqələr səhnəciklər uşaqların ürəyincə olmuşdur.

Belə səyyar xeyriyyə aksiyası Moskvanın digər uşaq evində davam etdirilmişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.-  13 mart.- S.  7.