Qazaxıstan Respublikasının Prezidenti
zati-aliləri cənab
Nursultan Nazarbayevə
Hörmətli Nursultan
Abişeviç!
Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində
çoxsaylı insan tələfatı xəbəri
məni son dərəcə
kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxın adamlarına,
bütün Qazaxıstan
xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət
eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 mart 2010-cu il
Azərbaycan.- 2010.- 14 mart.- S.
1.