Göz oxşayan nişanələr
Məşhur kolleksiyaçı Şahid Həbibullayevin topladığı eksponatlara - misgər, xəttat, nəqqaş babalarımızın yaradıcılığından nişanə olan bu əşyalara baxdıqca tarixin səhifələri sanki geri qatlanır. Gözlərimiz önündə nələr canlanmır?! Bu samovarlardan, şərbət qablarından, dolçalardan, tərəzilərdən kimlər istifadə edib?! Bu məişət əşyaları kimin evinin bəzəyi olub?! Kimlərin ruhu var bu maddi-mənəvi sərvətlərin üstündə, - Allah bilir. Bizim isə bildiyimiz odur ki, min bir əziyyət və vətəndaşlıq borcu ilə bir yerə toplanaraq qorunan bu qədim maddi sərvətimiz indi də milli mədəniyyətimizin göz oxşayan nişanələrindəndir.
Azərbaycan.- 2010.- 14
mart.- S. 6.