2009-cu il
dekabrın 29-da Pekin şəhərində imzalanmış
“Azərbaycan Respublikası
Müdafiə Nazirliyi
və Çin Xalq Respublikası Müdafiə Nazirliyi arasında Çin tərəfindən Azərbaycana
təmənnasız hərbi
yardım göstərilməsi
haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
1. 2009-cu il dekabrın
29-da Pekin şəhərində imzalanmış “Azərbaycan
Respublikası Müdafiə Nazirliyi və Çin Xalq
Respublikası Müdafiə Nazirliyi arasında Çin tərəfindən
Azərbaycana təmənnasız hərbi yardım göstərilməsi
haqqında Saziş” təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində
göstərilən Sazişin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Çin
Xalq Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2010-cu il.
Azərbaycan.- 2010.- 16
mart.- S. 1.