Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə əlavə edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Daxili Qoşunların statusu haqqındaAzərbaycan Respublikasının Qanununa əlavə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 887-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 6, maddə 416; 2004-cü il, ¹ 6, maddə 440, ¹ 9, maddə 674; 2005-ci il, ¹ 6, maddə 491, ¹ 12, maddə 1102; 2006-cı il, ¹ 7, maddə 592, ¹ 8, maddə 659; 2007-ci il, ¹ 6, maddə 615, ¹ 9, maddə 869, ¹ 10, maddə 947, ¹ 11, maddə 1106; 2008-ci il, ¹ 3, maddə 168, ¹ 8, maddə 719; 2009-cu il, ¹ 5, maddə 322; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli fərmanı) ilə təsdiq edilmişAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə aşağıdakı məzmunda 5.3.11-1-ci bənd əlavə edilsin:

“5.3.11-1. Daxili Qoşunların hərbi şurasının tərkibini müəyyən edir;”.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2010-cu il 

 

Azərbaycan.- 2010.-  16 mart.- S.  1.