Elektroenergetika
haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı
haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı
və tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər
və əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹8, maddə 488; 2000-ci il, ¹7, maddə 498; 2001-ci il, ¹10, maddə 640; 2003-cü il, ¹10, maddə 546; 2007-ci il, ¹8, maddə 769; 2008-ci il, ¹8, maddə 719, ¹9, maddə 798; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 183 nömrəli fərmanı) 1-ci bəndinin beşinci abzasında “12-ci maddəsinin 5-ci hissəsinin birinci və ikinci abzaslarında” sözləri “11-ci maddəsinin 6-cı hissəsinin üçüncü cümləsində, 12-ci maddəsinin 5-ci hissəsinin birinci və ikinci abzaslarında və 13-cü maddəsinin 6-cı hissəsinin dördüncü abzasında” sözləri ilə əvəz edilsin.
2. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹1, maddə 45; 2001-ci il, ¹12, maddə 755; 2008-ci il, ¹8, maddə 719) 2-ci bəndinin ikinci abzasında “Qanunun” sözündən sonra “5-ci maddəsinin 3-cü bəndinin üçüncü cümləsində,” sözləri əlavə edilsin və “və 11-ci maddəsinin 3-cü bəndində” sözləri “, 11-ci maddəsinin 3-cü bəndində və 26-cı maddəsinin 1-ci bəndinin beşinci abzasında” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2010-cu il
Azərbaycan.- 2010.- 16 mart.- S.
1.