“BAYTARLIQ HAQQINDA”
AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ
EDİLMƏSİ BARƏDƏ” VƏ “FİTOSANİTAR
NƏZARƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN
TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARINA
DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR
EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Azərbaycan Respublikası
dövlət sərhədinin
buraxılış məntəqələrindən
keçirilən malların
və nəqliyyat vasitələrinin yoxlanılmasında
“bir pəncərə”
prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının
bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2009-cu il 4 dekabr tarixli 926-IIIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22
noyabr tarixli 316 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 11, maddə
1011; 2008-ci il, ¹ 8, maddə
718; 2009-cu il, ¹ 8, maddə
630) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.22-ci bənd çıxarılsın;
1.2. 2.2-ci bənddən “14.8-ci (ikinci
cümlədə),” sözləri
çıxarılsın;
1.3.
3.1.6-cı bənd aşağıdakı
redaksiyada verilsin:
“3.1.6. nəqliyyatda dövlət baytarlıq nəzarəti xidməti və onun tabeliyində
olan nəqliyyat baytarlıq nəzarəti
məntəqələri;”;
1.4.
3.2.6-cı bənddən “dövlət
sərhəd baytarlıq
nəzarəti məntəqələrinin,”
sözləri çıxarılsın.
2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹
8, maddə 667; 2007-ci il,
¹ 6, maddə 613) aşağıdakı
əlavələr və
dəyişikliklər edilsin:
2.1. 1.8-ci bənddə “idxalına və ixracına,” sözlərindən sonra
“təkrar ixracına,”
sözləri əlavə
edilsin, “ərazisindən
tranzit” sözləri
“ərazisində” sözü
ilə əvəz edilsin və “idxal karantin icazəsinin” sözlərindən
sonra “, təkrar ixracat fitosanitar sertifikatının” sözləri
əlavə edilsin;
2.2. 1.9-cu bənddə “gətirilən
və Azərbaycan Respublikasından aparılan
karantin nəzarətində
olan materiallara, o cümlədən baqajlarda,
poçt bağlamalarında
və sərnişinlərin
əl yüklərində
gətirilən bitki və bitkiçilik məhsullarına” sözləri
“gətirilmiş və
respublikadan aparılması
nəzərdə tutulan
karantin nəzarətində
olan materiallara” sözləri ilə əvəz edilsin;
2.3.
3.1.6-cı bənddən “, dövlət sərhəd
fitosanitar nəzarəti
məntəqələrinin” sözləri çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 mart 2010-cu il.
Azərbaycan. - 2010.- 16 mart. - S. 1.