Azərbaycan Prezidenti İlham Əliyev
Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın ölkəmizə ilk səfərinin uğurlu olacağına ümidvar olduğunu bildirdi və bu səfərin Azərbaycan ilə Slovakiya arasında bir çox sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacağını vurğuladı. Prezident İlham Əliyev bunun üçün qarşılıqlı maraqların və yaxşı potensialın mövcud olduğunu da qeyd etdi. Dövlət başçısı səfər zamanı keçirilən görüşlərin ikitərəfli münasibətlərin inkişafının əsas istiqamətlərinin müəyyən edilməsi baxımından səmərəli olacağına əminliyini ifadə etdi.
Slovakiyanın xarici işlər naziri Miroslav
Layçak Azərbaycanın həm regional, həm siyasi, həm
iqtisadi, həm də energetika baxımından aparıcı
dövlətlərdən biri olduğunu vurğuladı. O, Azərbaycan
Prezidentinin regionda gedən proseslərlə bağlı fikirlərinin
Slovakiya tərəfi üçün önəmli
olduğunu qeyd etdi. Daha sonra nazir bildirdi ki, səfərinin
əsas məqsədi ikitərəfli münasibətlərin
intensivləşdirilməsindən ibarətdir. Ölkələrimiz
arasında siyasi əlaqələrin səviyyəsindən
razılığını ifadə edən Miroslav Layçak
Slovakiya ilə Azərbaycanın dost ölkələr
olduğunu vurğuladı.
AzərTAc
Azərbaycan.- 2010.- 16 mart.- S. 1.