Azərbaycan Prezidenti İlham Əliyev
ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı ATƏT Parlament Assambleyasının sədri Joao Suareşin ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirərək bu səfərin əməkdaşlığımızın daha da genişlənməsi və regional inkişafa dair məsələləri müzakirə etmək üçün yaxşı imkan yaratdığını dedi.
ATƏT Parlament Assambleyasının sədri Joao Suareş ölkəmizin bu qurumdakı nümayəndə heyəti ilə səmərəli müzakirələrin aparıldığını vurğuladı. Azərbaycana ötən səfərlərindən keçən dövr ərzində ölkəmizdə əldə edilən böyük inkişaf proseslərinin onda xoş təəssürat oyatdığını vurğulayan ATƏT Parlament Assambleyasının sədri Azərbaycanın öz təbii sərvətlərindən səmərəli şəkildə istifadə edilməsi işində ən nümunəvi ölkələrdən biri olduğunu qeyd etdi. O, ölkəmizdə böyük işlərin həyata keçirilməsi münasibətilə təbriklərini dövlət başçısına çatdırdı.
Dövlət
başçısı son illər təkcə Bakının
deyil, Azərbaycanın bütün regionlarının da
çox sürətlə inkişaf etdiyini bildirdi. Ölkəmizdəki
iri enerji layihələrindən əldə olunan gəlirlərin
ədalətli şəkildə istifadə edildiyini
vurğulayan Prezident İlham Əliyev regionlarda yaxşı
investisiya şəraitinin yaradıldığını, biznes
mühitinin yaxşılaşdırıldığını
və iqtisadiyyatın bütün sahələrində
uğurlu islahatların həyata keçirildiyini bildirdi. Azərbaycanın
çox sürətlə və uğurla inkişaf etdiyini
vurğulayan dövlətimizin başçısı ötənilki
iqtisadi böhran ilində belə, ölkəmizin
iqtisadiyyatının 9,3 faiz artdığını və bunun
dünyada ən yüksək göstərici olduğunu qeyd
etdi.
AzərTAc
Azərbaycan.- 2010.- 16 mart.- S.
1.