Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtı çatmışdır

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, martın 15-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Joao Suareş ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi əsas müzakirə mövzusu olmuşdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, beynəlxalq hüquq normalarını prinsiplərini kobud şəkildə pozduğunu deyən nazir E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə işğalın nəticələrinin aradan qaldırılmasının vacibliyini bildirmişdir. Bunun üçün münaqişənin mərhələli həllinin məqsədəuyğunluğunu vurğulayan E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının, həmin ərazilərdə normal həyat şəraitinin yaradılmasının, kommunikasiyaların açılmasının, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinin zəruriliyini qeyd etmişdir. Nazir yalnız bu nizamlanma şərtləri ilə regionda davamlı sülhün təhlükəsizliyin təmin edilməsinin mümkünlüyünü vurğulamışdır.

J.Suareş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan tərəfinin yanaşması ilə razılaşdığını bildirərək, problemin həlli vaxtının yetişdiyini bu imkandan istifadə olunmasının vacibliyini qeyd etmişdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  16 mart.- S.  2.