Slovakiya ölkəmizlə əlaqələrin inkişafında maraqlıdır

 

Slovakiyanın xarici işlər naziri Miroslav Layçak martın 15-də Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Oqtay Əsədov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün ölkələr, o cümlədən Slovakiya ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu günə qədər ölkələrimiz arasında 20-dək sənəd imzalanmışdır. Bu sənədlər münasibətlərimizi daha da genişləndirmək üçün zəmin yaradır.

Milli Məclisin Sədri əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün belə sənədlərin sayının artırılmasının, hökumətlərarası komissiyanın yaradılmasının vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası işçi qrupu fəaliyyət göstərir belə bir qrupun qarşı tərəfdə yaradılması daha məqsədəuyğundur.

Sonra Oqtay Əsədov Azərbaycanın iqtisadi inkişafı, regionda Avropada sülhün, enerji təhlükəsizliyinin qorunmasında rolu, inkişafa mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü, eləcə rəsmi Bakının ədalətli mövqeyini diqqətə çatdırmışdır.

Bakıda olmasından məmnunluq duyduğunu bildirən Miroslav Layçak demişdir ki, Slovakiya Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanın iqtisadi inkişafı, qlobal maliyyə böhranının təsirinə çox az məruz qalması diqqət mərkəzindədir.

O demişdir ki, Slovakiya müstəqillik qazandıqdan sonra Avropa strukturlarına inteqrasiya edir. Bu istiqamətdə Azərbaycan ilə əməkdaşlıq hər iki tərəfin maraq dairəsindədir.

Sonra görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elm, təhsil başqa sahələrdə əməkdaşlıq, eləcə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  16 mart.- S.  2.