Slovakiya əməkdaşlığa böyük maraq göstərir

 

Martın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə görüşmüşdür.

Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat vermişlər.

Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkələrimiz arasında əlaqələr, xüsusilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq digər məsələlər müzakirə edilmişdir.

E.Məmmədyarov vurğulamışdır ki, Azərbaycan ilə Slovakiya arasında siyasi baxımdan əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi əməkdaşlıq istənilən səviyyədə deyildir. Bunun üçün ikitərəfli əlaqələri daha da inkişaf etdirmək vacibdir.

M.Layçak Slovakiyanın Azərbaycan ilə enerji, kənd təsərrüfatı, elektrik stansiyalarının tikintisi, ətraf mühitin qorunması, inşaat bir çox sahələrdə əməkdaşlığa böyük maraq göstərdiyini demişdir.

Azərbaycanlı həmkarı ilə görüşdə enerji təhlükəsizliyi məsələlərini müzakirə etdiyini deyən slovakiyalı nazir vurğulamışdır ki, bu məsələ Avropa İttifaqı Slovakiya üçün çox vacibdir: "Biz bu məsələdə Azərbaycanın hansı vacib rola malik olduğunu bilirik".

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16  mart.- S.  2.