Azərbaycan mədəniyyəti Meksika sənətsevərləri tərəfindən alqışlanmışdır

 

Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin ölkəmizin Meksikadakı səfirliyi ilə birgə təşkil etdiyi Azərbaycan Mədəniyyəti günləri Meksikada uğurla başa çatmışdır.

Mədəniyyət günlərinin açılışı Mexiko şəhərinin tanınmış Milli Antropologiya Muzeyinin konsert zalında Azərbaycan incəsənət ustalarının, o cümlədən dövlət rəqs ansamblının, gənc muğam ifaçılarının, eləcə "Şərq ulduzları" uşaq qrupunun ifalarından ibarət təntənəli proqramla qeyd edilmişdir. Muzeyin mərkəzi sərgi zalında isə Səttar Bəhlulzadə adına incəsənət qalereyasının fotosərgisi nümayiş etdirilmişdir. Meksikalı sənətsevərlər gənc azərbaycanlı cazmenlər İsfar Sarabski Emil Məmmədovun ifalarını gurultulu alqışlarla qarşılamışlar. Milli qadın geyimlərindən ibarət moda sərgisi paytaxt sakinlərində böyük təəssürat yaratmışdır.

Azərbaycan Mədəniyyəti günləri təkcə paytaxt şəhərlə məhdudlaşmamışdır. Toluka şəhərində yerləşən nüfuzlu Avtonom Universitetində Azərbaycanın mahnı rəqs kollektivlərinin konserti təşkil edilmişdir. Tamaşaçılar arasında Toluka meri Mariya Elena Barrera Tapiya universitetin rektoru Eduardo Qaska Plieqo da azərbaycanlı ifaçıları alqışlamışlar. Mədəniyyət günləri çərçivəsində Mexikonun mərkəzi kinoteatrlarından biri olan "Cinepolis Diana"da Azərbaycan kinematoqrafiya fondundan sənədli bədii filmlərin nümayişi keçirilmişdir.

Tədbirlərdə iştirak edən Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev Meksikanın Gerrero ştatındakı həmkarı Rodriges Eskalono ilə görüş keçirərək Azərbaycanla Meksika arasında turizm əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparmışlar.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Mexiko

 

Azərbaycan.- 2010.- 16  mart.- S.  7.