"Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 12 fevral tarixli 955-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2010-cu il

 

Azərbaycan.- 2010.- 17  mart.- S.  1.