"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kəşfiyyat əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kəşfiyyat əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 12 fevral tarixli 953-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kəşfiyyat əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kəşfiyyat əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2010-cu il

                                                          

Azərbaycan.- 2010.-  17 mart.- S. 2.