Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2010-cu ilin
iyun ayında ölkəmizin mühüm
elmi-mədəni mərkəzlərindən
sayılan Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətə
başlamasının 90 ili tamam olur.
Azərbaycanda tarix elminin inkişafında rolunu və xalqımızın çoxəsrlik
mədəni-tarixi nailiyyətlərinin
təbliğində xidmətlərini
nəzərə alaraq,
Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinin layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
16 mart 2010-cu il
Azərbaycan.- 2010.- 17 mart.- S. 1.