"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 23, maddə 996; 1993-cu il, № 23, maddə 676) aşağıdakı məzmunda 3-cü maddə əlavə edilsin:

"3. Orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən orden və ya medal ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.-  17 mart.- S.  1.