"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 561; 2000-ci il, ¹ 3, I kitab, maddə 136; 2003-cü il, ¹ 4, maddə 178; 2004-cü il, ¹ 3, maddə 133; 2006-cı il, ¹ 12, maddə 1005) 14-cü maddəsinə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

"Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq, kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

II. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 11, maddə 612; 2002-ci il, ¹ 5, maddə 250, ¹ 6, maddə 328; 2004-cü il, ¹ 3, maddə 133; 2005-ci il, ¹ 12, maddə 1079; 2006-cı il, ¹ 2, maddə 64, ¹ 11, maddə 933, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 6, maddə 560; 2008-ci il, ¹ 4, maddə 252, ¹ 6, maddə 462) 21-ci maddəsinə aşağıdakı məzmunda III hissə əlavə edilsin:

"III. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq, kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

III. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 2, maddə 82; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004-cü il, ¹ 2, maddələr 57, 58; 2005-ci il, ¹ 4, maddə 278; 2007-ci il, ¹ 8, maddə 752, ¹11, maddə 1079; 2009-cu il, ¹ 4, maddə 212, ¹ 8, maddə 611) 60-cı maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

IV. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 8, maddə 601; 2006-cı il, ¹ 2, maddə 64, ¹ 3, maddə 221; 2007-ci il, ¹ 11, maddə 1078; 2008-ci il, ¹ 8, maddə 710) aşağıdakı məzmunda 4.6-cı maddə əlavə edilsin:

"4.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən bu qanunda nəzərdə tutulmuş kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi halları istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

V. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 12, maddə 1080; 2007-ci il, ¹ 8, maddə 756) aşağıdakı dəyişiklik və əlavə edilsin:

6.0.-6.0.11-ci maddələr müvafiq olaraq 6.1.-6.1.11-ci maddələr hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:

"6.2. Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.-  17 mart.- S.  2.