"Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2009-cu il 30 sentyabr tarixli 885-IIIQD nömrəlı Qanununun tətbiqi
ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarına və sərəncamına dəyişikliklər
və əlavələr edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2009-cu il 30
sentyabr tarixli 885-IIIQD nömrəli Qanununun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 9, maddə 584; 2003-cü il, ¹ 8, maddə 441;
2005-ci il, ¹ 11, maddə 1009; 2009-cu il, ¹ 6, maddə 419) ilə təsdiq
edilmiş "Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin verilməsi
Qaydaları"nın 6-cı bəndi aşağıdakı
redaksiyada verilsin:
"6. İnzibati vəzifələrin
birinci təsnifatı istisna olmaqla,
ikinci-üçüncü təsnifat inzibati vəzifələri
tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə
ixtisas dərəcəsi alması üçün dövlət
qulluğunda azı 10 il qulluq stajı, həmin təsnifatlara
daxil olan vəzifələrdə azı 3 il qulluq stajı
olmalıdır.
İnzibati vəzifələrin
dördüncü-yeddinci təsnifat vəzifələri tutan
dövlət qulluqçusunun həmin təsnifat üzrə
daha yüksək (növbəti) ixtisas dərəcəsi
alması üçün müvafiq vəzifə də daxil
olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə
azı 4 il qulluq stajı olmalıdır.
Bu bəndin birinci və
ikinci abzaslarında müəyyən edilmiş hər
hansı tələbə cavab verməyən dövlət
qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı
üçün müəyyən edilmiş ən kiçik
ixtisas dərəcəsi verilir.
İxtisas dərəcəsi
verilərkən dövlət qulluqçusunun peşəkarlığı
və idarəçilik təcrübəsi nəzərə
alınır.
Bu bəndin ikinci
abzasında "müvafiq vəzifə" dedikdə,
dövlət qulluqçusunun hazırda dövlət
qulluğu keçdiyi dövlət orqanında tutduğu
dövlət qulluğu vəzifəsi nəzərdə
tutulur.
Müvafiq inzibati vəzifələr
üçün müəyyən edilmiş ixtisas dərəcələri
çərçivəsində növbəti ixtisas dərəcəsi
almaq üçün aşağıdakılar vacibdir:
dördüncü-altıncı
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində
qulluq müddəti 3 il təşkil etməlidir;
yeddinci-doqquzuncu təsnifat
vəzifələri üçün - ixtisas dərəcəsində
qulluq müddəti 2 il təşkil etməlidir.
Müvafiq
yardımçı vəzifələr üçün
müəyyən edilmiş ixtisas dərəcələri
çərçivəsində növbəti ixtisas dərəcəsi
almaq üçün aşağıdakılar vacibdir:
birinci-üçüncü
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində
qulluq müddəti ardıcıl olaraq 2 il təşkil etməlidir;
dördüncü-altıncı
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində
qulluq müddəti ardıcıl olaraq 1 il təşkil etməlidir.".
2. Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003-cü il, ¹ 8, maddə 440; 2006-cı il, ¹ 3, maddə
229, ¹ 6, maddə 498; 2007-ci il, ¹ 2, maddələr 86, 101, ¹ 3,
maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10,
maddə 948, ¹ 12, maddə 1242; 2008-ci il, ¹ 1, maddə 9, ¹ 3, maddələr
173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr 717, 723; 2009-cu il,
¹2, maddə 66, ¹ 6, maddələr 419, 421, 422; Azərbaycan
Respublikası Prezidentinin 2010-cü il 10 fevral tarixli 216 nömrəli
Fərmanı) ilə təsdiq edilmiş "İnzibati və
yardımçı vəzifələrin Təsnifat
Toplusu"na aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
2.1. 2.1.1-ci və 3.2.1-ci
bəndlərin üçüncü abzaslarında "Azərbaycan
Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri,"
sözlərindən sonra "Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Aparatının rəhbəri,"
sözləri əlavə edilsin;
2.2. 2.1.2-ci və 3.2.2-ci
bəndlər üzrə:
2.2.1.
üçüncü abzaslarda "Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Aparatının rəhbərinin
müavini," sözlərindən sonra "Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbərinin
müavini," sözləri, "Azərbaycan Respublikası
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri,"
sözlərindən sonra "Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Aparatının təminedici
şöbəsinin müdiri," sözləri əlavə
edilsin;
2.2.2. doqquzuncu abzaslar
aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) Aparatının rəhbəri;";
2.3. 2.1.3-cü və
3.2.3-cü bəndlər üzrə:
2.3.1.
üçüncü abzaslarda "Azərbaycan Respublikası
Baş nazirinin müavininin köməkçisi," sözlərindən
sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Aparatının təminedici şöbəsinin müdir
müavini, yardımçı şöbəsinin müdiri və
müdir müavini," sözləri əlavə edilsin;
2.3.2. doqquzuncu abzaslar
aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin
müavini, təminedici şöbəsinin müdiri,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Aparatının rəhbərinin müavini, təminedici
şöbəsinin müdiri, Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin
müavini, təminedici şöbəsinin müdiri;";
2.3.3. on birinci abzaslar
çıxarılsın;
2.4. 2.1.4-cü və
3.2.4-cü bəndlər üzrə:
2.4.1.
üçüncü abzaslarda "Azərbaycan Respublikası
Nazirlər Kabinetinin İşlər İdarəsində
şöbə müdiri və müdir müavini, sektor
müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi," sözlərindən sonra
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi
və məsləhətçi," sözləri əlavə
edilsin;
2.4.2. onuncu abzaslar
aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabineti Aparatının təminedici
şöbəsinin müdir müavini, yardımçı
şöbəsinin müdiri və müdir müavini,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Aparatının təminedici şöbəsinin müdir
müavini, yardımçı şöbəsinin müdiri və
müdir müavini, Naxçıvan Muxtar Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) Aparatının təminedici şöbəsinin
müdir müavini, yardımçı şöbəsinin
müdiri və müdir müavini;";
2.4.3. 2.1.4-cü bəndin
on ikinci abzasından və 3.2.4-cü bəndin on birinci
abzasından "Naxçıvan Muxtar Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) Aparatının rəhbəri və rəhbərin
müavini," sözləri çıxarılsın;
2.5. 2.1.5-ci və 3.2.5-ci
bəndlər üzrə:
2.5.1. beşinci abzaslar
aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında sektor
müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi, Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş
mühasib, baş məsləhətçi, böyük məsləhətçi,
aparıcı məsləhətçi, məsləhətçi,
hakimin köməkçisi, məhkəmə iclasının
katibi, Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi;";
2.5.2. altıncı
abzaslardan "Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin Aparatının təminedici şöbəsinin
müdir müavini, yardımçı şöbəsinin
müdiri və müdir müavini, Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin Aparatının təminedici
şöbəsinin müdir müavini, yardımçı
şöbəsinin müdiri və müdir müavini;"
sözləri, yeddinci abzaslardan "Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) Aparatının (təminedici
və yardımçı) şöbəsinin müdiri və
müdir müavini," sözləri
çıxarılsın;
2.6. 2.1.6-cı bəndin
ikinci abzasından ", Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti Aparatında sektor
müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi, Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin Aparatında sektor müdiri, baş
mühasib, baş məsləhətçi, böyük məsləhətçi,
aparıcı məsləhətçi, məsləhətçi,
hakimin köməkçisi, məhkəmə iclasının
katibi" sözləri, üçüncü abzasından
"Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatının sektor müdiri, baş mühasibi, baş məsləhətçisi,
böyük məsləhətçisi, aparıcı məsləhətçisi,
məsləhətçisi," sözləri, 3.2.6-cı bəndin
ikinci abzasından ", Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin Aparatında sektor müdiri, baş
mühasib, baş məsləhətçi, böyük məsləhətçi,
aparıcı məsləhətçi, məsləhətçi,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
Aparatında sektor müdiri, baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi, hakimin köməkçisi, məhkəmə
iclasının katibi" sözləri,
üçüncü abzasından "Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri,
baş mühasib, baş məsləhətçi,
böyük məsləhətçi, aparıcı məsləhətçi,
məsləhətçi," sözləri
çıxarılsın;
2.7. 2.3.1-ci və 3.4.1-ci
bəndlərin üçüncü abzaslarında "Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Aparatında," sözlərindən
sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Aparatında," sözləri əlavə edilsin;
2.8. 2.3.2-ci və 3.4.2-ci
bəndlərin üçüncü abzasları
aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında texniki vəzifələr
tutan baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis-inspektor,
kargüzar, makinaçı, kuryer, arxiv
qeydiyyatçısı, liftçi, sürücü və
sair işçilər, Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin Aparatında texniki vəzifələr
tutan baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis-inspektor,
kargüzar, makinaçı, kuryer, arxiv
qeydiyyatçısı, liftçi, sürücü və
sair işçilər, Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) Aparatında texniki vəzifələr
tutan baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis-inspektor,
kargüzar, makinaçı, kuryer, arxiv
qeydiyyatçısı, liftçi, sürücü və
sair işçilər.";
2.9. 2.3.3-cü bəndin
ikinci abzasından ", Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinin Aparatında texniki vəzifələr
tutan baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis-inspektor,
kargüzar, makinaçı, kuryer, arxiv
qeydiyyatçısı, liftçi, sürücü və
sair işçilər, Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsinin Aparatında
texniki vəzifələr tutan baş mütəxəssis,
böyük mütəxəssis, aparıcı mütəxəssis,
mütəxəssis-inspektor, kargüzar, makinaçı,
kuryer, arxiv qeydiyyatçısı, liftçi,
sürücü və sair işçilər" sözləri,
3.4.3-cü bəndin ikinci abzasından ", Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında texniki vəzifələr
tutan baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis-inspektor,
kargüzar, makinaçı, kuryer, arxiv
qeydiyyatçısı, liftçi, sürücü və
sair işçilər, Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin Aparatında texniki vəzifələr
tutan baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis-inspektor,
kargüzar, makinaçı, kuryer, arxiv
qeydiyyatçısı, liftçi, sürücü və
sair işçilər" sözləri
çıxarılsın;
2.10. 2.3.4-cü bəndin
ikinci abzasından "Naxçıvan Muxtar Respublikası
İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın)" sözləri, 3.4.4-cü bəndin ikinci
abzasından ", Naxçıvan Muxtar Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) Aparatında texniki vəzifələr tutan
baş mütəxəssis, böyük mütəxəssis,
aparıcı mütəxəssis, mütəxəssis-inspektor,
kargüzar, makinaçı, kuryer, arxiv
qeydiyyatçısı, liftçi, sürücü və
sair işçilər," sözləri
çıxarılsın.
3. "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 497 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1044; 2007-ci il, ¹
11, maddə 1107; 2009-cu il, ¹ 2, maddə 77) 2.3-cü bəndi
çıxarılsın.
4. Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹ 6, maddə 420) ilə təsdiq dilmiş "Dövlət
orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə
qəbul Qaydaları"nın 14-cü bəndinin ikinci
abzası aşağıdakı redaksiyada verilsin:
"Qanunvericiliklə
başqa qayda nəzərdə tutulmadıqda, elan olunmuş
müsabiqədə iştirak edərək test imtahanından
və müsabiqədən müvəffəqiyyətlə
keçmiş namizədlər vakant vəzifəyə təyin
edilmək üçün müvafiq dövlət orqanının
rəhbərinə təqdim olunurlar. Həmin dövlət
orqanının rəhbəri təqdim olunmuş namizədlərdən
birini seçərək bir il müddətinə
stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə
təyin etməlidir. Dövlət orqanının rəhbəri
namizədlərin təqdim olunduğu gündən 10 iş
günü müddətində qəbul etdiyi müvafiq qərar
barədə Komissiyaya məlumat verməlidir.".
5. "Dövlət
qulluqçularının əməkhaqlarının
artırılması haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli
Sərəncamına (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 7, maddə 645, ¹ 8, maddələr
723, 731; 2009-cu il, ¹ 6, maddələr 419, 421; Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 639 nömrəli
Sərəncamı) 2 nömrəli əlavəsinə
aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
5.1. İnzibati vəzifələrin
təsnifatı üzrə:
5.1.1. "Birinci təsnifat"ın
birinci qrafasında "Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Aparatının rəhbəri;" sözlərindən
sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Aparatının rəhbəri;" sözləri əlavə
edilsin;
5.1.2. "İkinci təsnifat"
üzrə:
5.1.2.1. ikinci qrafada
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər
müdiri" sözlərindən sonra "; Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbərinin
müavini" sözləri, üçüncü qrafada
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat
xidmətinin rəhbəri" sözlərindən sonra
"; Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Aparatının təminedici şöbəsinin müdiri"
sözləri əlavə edilsin;
5.1.2.2. altıncı
qrafa aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Aparatının rəhbəri; Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri;";
5.1.3.
"Üçüncü təsnifat" üzrə:
5.1.3.1.
dördüncü qrafada "Azərbaycan Respublikası
Baş nazirinin müavininin köməkçisi;" sözlərindən
sonra "Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Aparatının təminedici şöbəsinin müdir
müavini;" sözləri əlavə edilsin;
5.1.3.2. yeddinci qrafada
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Aparatının yardımçı şöbəsinin
müdiri;" sözlərindən sonra "Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Aparatının
yardımçı şöbəsinin müdiri;" sözləri
əlavə edilsin, "Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin Aparatının rəhbərinin
müavini" sözləri "Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabineti Aparatı rəhbərinin
müavini; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Aparatı rəhbərinin müavini; Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinin
müavini;" sözləri ilə əvəz edilsin;
5.1.3.3. on birinci qrafadan
"; Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinin Aparatının rəhbəri" sözləri
çıxarılsın;
5.1.3.4. on ikinci qrafada
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Aparatının yardımçı şöbəsinin
müdir müavini;" sözlərindən sonra
"Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Aparatının yardımçı şöbəsinin
müdir müavini;" sözləri əlavə edilsin;
5.1.3.5. on
üçüncü qrafada "Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Aparatının təminedici
şöbəsinin müdiri;" sözləri
"Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti
Aparatının təminedici şöbəsinin müdiri;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Aparatının təminedici şöbəsinin müdiri;
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatının təminedici şöbəsinin müdiri"
sözləri ilə əvəz edilsin və
"Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin
Aparatının rəhbəri" sözləri
çıxarılsın;
5.1.4.
"Dördüncü təsnifat" üzrə:
5.1.4.1.
üçüncü qrafada "Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Aparatının rəhbərinin köməkçisi;"
sözlərindən sonra "Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Aparatında sektor müdiri,
baş mühasib;" sözləri əlavə edilsin;
5.1.4.2. beşinci qrafadan
"; Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatının rəhbəri" sözləri
çıxarılsın;
5.1.4.3. doqquzuncu qrafadan
"; Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinin Aparatının rəhbərinin müavini"
sözləri çıxarılsın;
5.1.4.4. on birinci qrafa
çıxarılsın;
5.1.4.5. on
dördüncü qrafada "Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin Aparatının təminedici
şöbəsinin müdir müavini" sözləri
"Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti
Aparatının təminedici şöbəsinin müdir
müavini; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Aparatının təminedici şöbəsinin müdir
müavini; Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatının təminedici şöbəsinin müdir
müavini" sözləri ilə əvəz edilsin;
5.1.4.6. on yeddinci qrafada
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Aparatında;" sözlərindən sonra
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Aparatında;" sözləri əlavə edilsin;
5.1.4.7. iyirminci qrafa
aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabineti Aparatının
yardımçı şöbəsinin müdiri;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi
Aparatının yardımşı şöbəsinin
müdiri; Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatının yardımçı şöbəsinin
müdiri";
5.1.4.8. iyirmi
üçüncü və iyirmi dördüncü qrafalar
çıxarılsın;
5.1.4.9. iyirmi beşinci
qrafada "Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
Aparatının yardımçı şöbəsinin
müdir müavini" sözləri "Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabineti Aparatının yardımçı
şöbəsinin müdir müavini; Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsi Aparatının
yardımçı şöbəsinin müdir müavini;
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatının yardımçı şöbəsinin
müdir müavini" sözləri ilə əvəz
edilsin;
5.1.5. "Beşinci təsnifat"
üzrə:
5.1.5.1. altıncı
qrafa çıxarılsın;
5.1.5.2. yeddinci qrafadan
", Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatının" sözləri çıxarılsın;
5.1.5.3. onuncu qrafa
aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatında sektor
müdiri, baş mühasib; Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin Aparatında sektor
müdiri, baş mühasib; Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) Aparatında sektor müdiri,
baş mühasib; Naxçıvan Muxtar Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) köməkçisi";
5.1.5.4. on birinci qrafa
çıxarılsın;
5.1.5.5. on yeddinci qrafada
"Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
Aparatında" sözləri "Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin Aparatında,
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
Aparatında, Naxçıvan Muxtar Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın) Aparatında" sözləri ilə əvəz
edilsin və "- məsləhətçi" sözündən
sonra ", məhkəmə iclasının katibi, hakimin
köməkçisi" sözləri əlavə edilsin;
5.1.6. "Altıncı
təsnifat" üzrə:
5.1.6.1.
üçüncü və dördüncü qrafalar
çıxarılsın;
5.1.6.2. altıncı
qrafadan ", Naxçıvan Muxtar Respublikasının insan
hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın)" sözləri çıxarılsın;
5.1.6.3. yeddinci qrafadan
"Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
köməkçisi;" sözləri
çıxarılsın;
5.1.6.4. on beşinci
qrafadan ", Naxçıvan Muxtar Respublikasının insan
hüquqları üzrə müvəkkilinin
(Ombudsmanın)" sözləri çıxarılsın;
5.2. Yardımçı
vəzifələrin təsnifatları üzrə:
5.2.1. "Birinci təsnifat"da
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Aparatında və İşlər İdarəsində,"
sözlərindən sonra "Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Aparatında," sözləri əlavə
edilsin;
5.2.2. "İkinci təsnifat"
aşağıdakı redaksiyada verilsin:
"Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin (Ombudsmanın) aparatlarında texniki vəzifələr
tutan:
- baş mütəxəssis
(rəhbərin katibi, arxiv müdiri, makinaçılar
bürosunun müdiri, surətçıxarma-çoxaltma
bürosunun müdiri, böyük inspektor, böyük statistik,
böyük arxivçi, məsul növbətçi,
sürücü)
- böyük mütəxəssis
(inspektor, statistik, ekspedisiya, dəftərxana, təsərrüfat,
anbar müdirləri, xəzinədar, komendant, surətçıxarma-çoxaltma
və hesablama maşınlarının operatoru, texnik,
stenoqrafçı, katibə-stenoqrafçı,
makinaçı)
- aparıcı mütəxəssis
(kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı)
- mütəxəssis
(kuryer, ixtisas dərəcəsi olan fəhlə)";
5.2.3.
"Üçüncü təsnifat"dan ",
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinin, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin"
sözləri çıxarılsın;
5.2.4.
"Dördüncü təsnifat"dan ",
Naxçıvan Muxtar Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın)
Aparatında" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2010-cu il
Azərbaycan.- 2010.- 17
mart.- S. 3.