Prezident İlham Əliyev
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi
Departamentinin idarəetmə mərkəzinin inzibati
binasının açılışında iştirak
etmişdir
Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev inzibati binanın açılışını bildirən qırmızı lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş fotoguşə yaradılmışdır.
Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini əks etdirən fotostendə baxdı. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov binada aparılmış yenidənqurma işləri barədə dövlətimizin başçısına məruzə etdi.
Prezident
İlham Əliyev mərkəzin videokonfrans otağında
oldu. Burada yaradılmış şəraitlə
tanışlıqdan sonra videobağlantı yaradıldı.
DATA mərkəzi ilə
tanışlıq zamanı məlumat verildi ki, burada Prezidentin
2004-cü il 29 dekabr tarixli Fərmanının və 2005-ci il
21 oktyabr tarixli Sərəncamının icrası ilə
bağlı dövlət orqanlarının internet informasiya
resurslarının, operativlik və təhlükəsizlik tələblərinə
cavab verən və hazırda
Avropa dövlətlərinin əksəriyyətində
istifadə olunan "TETRA" radiorabitə sisteminin,
"AzStateNet" optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş
informasiya təminatı sisteminin avadanlığı yerləşdirilmiş,
bu məqsədlə "TİA942" standartlarına cavab
verən 2 DATA mərkəzi yaradılmışdır.
Dövlət Proqramına
müvafiq olaraq 2008-ci ilin sonlarında ölkənin 55 rayon mərkəzində,
əvvəlcə neft kəmərlərinin mühafizəsini
təmin etmək məqsədi ilə Bakı-Ağstafa,
Bakı-Xudat istiqamətləri boyunca, sonra isə
Bakı-Astara istiqaməti boyunca "TETRA" rabitə sistemi
yaradılmışdır. Bu il
Bakı-Şamaxı-Zaqatala-Balakən avtomobil yolu boyunca da bu
sistemin quraşdırılıb istifadəyə verilməsi
planlaşdırılır. 2011-ci ilin sonunadək
isə ölkənin bütün ərazisinin tam əhatə
olunması nəzərdə tutulur. Hazırda Daxili
İşlər, Milli Təhlükəsizlik, Fövqəladə
Hallar və Səhiyyə nazirliklərinin, həmçinin
Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət
Sərhəd Xidmətinin, "Azərbaycan Hava Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin, bir sıra digər
qurumların ümumilikdə 5430 radiostansiyası
"TETRA" radiorabitə sisteminə qoşulmuşdur.
Sonra Prezident İlham Əliyev
"AzStateNet" optik DWDM şəbəkəsi ilə
Dövlətimizin
başçısı binada quraşdırılmış
videonəzarət mərkəzi ilə də tanış oldu.
Mərkəz vasitəsilə mühüm əhəmiyyətli
kabel-kommunikasiya sistemlərinin real rejimdə işləməsinə
daimi nəzarət təmin olunmuşdur. Binada 60 əməkdaşın
işləməsi üçün müasir texnika və
mebellərlə təchiz olunmuş 22 otaq istifadəyə
verilmişdir.
Binanı fasiləsiz elektrik
enerjisi ilə təmin etmək üçün ayrıca
yarımstansiya və 2 generator
quraşdırılmışdır. Bina müasir mərkəzləşdirilmiş
havalandırma, siqnalizasiya və buraxılış sistemləri
ilə təchiz olunmuşdur. Ən müasir standartlara cavab
verən yeməkxana da şəxsi heyətin ixtiyarına
verilmişdir.
Görülmüş
işləri yüksək qiymətləndirən Prezident
İlham Əliyev kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2010.- 17
mart.- S. 2.