Heydər Əliyev Fondu Lənkərandakı uşaq evində Novruz şənliyi keçirmişdir

 

Martın 16-da Lənkəran şəhərindəki Osman Mirzəyev adına uşaq evində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz şənliyi keçirilmişdir.

Bayram süfrəsi arxasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov uşaq evində tərbiyə və təhsil alan uşaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, valideyn himayəsindən məhrum olan uşaqlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Uşaqlara bayram hədiyyələri paylanmışdır.

Qeyd edək ki, 2006-cı ildə ölkə başçısının Sərəncamına uyğun olaraq, uşaqların bioloji ailələrə verilməsi ilə əlaqədar Osman Mirzəyev adına uşaq evində tərbiyə və təhsil alan 120 uşaqdan hazırda 46-sı qalmışdır.

 

 

Azərbaycan.- 2010.- 17  mart.- S.  8.