"Ölkədən
getmək, ölkəyə
gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikasının
2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər
tərəfindən maliyyə
xarakterli məlumatların
təqdim edilməsi Qaydaları"na dəyişikliklər
və əlavə edilməsi barədə"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Ölkədən
getmək, ölkəyə
gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikasının
2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər
tərəfindən maliyyə
xarakterli məlumatların
təqdim edilməsi Qaydaları"na dəyişikliklər
və əlavə edilməsi barədə"
Azərbaycan Respublikasının
2010-cu il 1 fevral tarixli 945-IIIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Ölkədən
getmək, ölkəyə
gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikasının
2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər
tərəfindən maliyyə
xarakterli məlumatların
təqdim edilməsi Qaydaları"na dəyişikliklər
və əlavə edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz
səlahiyyətləri daxilində
"Ölkədən getmək,
ölkəyə gəlmək
və pasportlar haqqında" Azərbaycan
Respublikasının Qanununa
və Azərbaycan Respublikasının 2005-ci il
24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Vəzifəli
şəxslər tərəfindən
maliyyə xarakterli məlumatların təqdim
edilməsi Qaydaları"na
dəyişikliklər və
əlavə edilməsi
barədə" Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 mart 2010-cu il
Azərbaycan.- 2010.- 18
mart.- S. 1.