Bakı şəhərində abadlıq işlərinin maddi təminatı ilə bağlı əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Ölkə paytaxtının küçə prospektlərində, park xiyabanlarında davam edən yenidənqurma abadlıq işlərinin maddi təminatını gücləndirmək məqsədilə qərara alıram:

1. Bakı şəhərində aparılan yenidənqurma abadlıq işlərini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 20,0 (iyirmi) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  18 mart.- S.  1.