"Tarix mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 947-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Tarix mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 947-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Tarix mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Tarix mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın, 5-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin ikinci hissəsində, 12-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 13-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində, 18-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 19-cu maddəsinin ikinci hissəsində, 20-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 23-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin altıncı hissəsində, 26-cı maddəsinin birinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində üçüncü hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində "Tarix mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 mart 2010-cu il

 

Azərbaycan.- 2010.-  18 mart.- S. 2.