2009-cu il oktyabrın 30-da Bakı şəhərində imzalanmış
"Azərbaycan Respublikası
Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında
Saziş"in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2009-cu il oktyabrın 30-da Bakı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
və Çexiya Respublikası Hökuməti
arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq
haqqında Saziş"
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
tapşırılsın ki,
bu sərəncamın
1-ci bəndində göstərilən
Sazişin həyata keçirilməsi üçün
zəruri tədbirlər
görsün.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1-ci bəndində göstərilən
Sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Çexiya
Respublikası Hökumətini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 mart 2010-cu il
Azərbaycan.- 2010.- 18 mart.- S.
2.