"Azərbaycan
Respublikası Hökuməti
və Sloveniya Respublikası Hökuməti
arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv
olunması haqqında"
Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması haqqında" 2009-cu il noyabrın 9-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
23 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 18
mart.- S. 2.