Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan" nəşrinin təqdimat mərasimi olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Martın 18-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan" nəşrinin təqdimat mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə hazırlanmış nəşrdə toplanmış 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirir. Kitabın ayrı-ayrı fəsilləri oxucuya Azərbaycanı qarış-qarış gəzmək imkanı yaradır. Bu rəmzi səyahət paytaxt Bakıdan başlayır. Kitabda əfsanəvi Xəzərin sahillərində yerləşən Bakının müxtəlif görməli yerlərini, o cümlədən İçərişəhəri, Şirvanşahlar sarayını, Qız qalasını əks etdirən şəkillər vardır.

Paytaxtdan başlanan səyahət qədim Abşeronda davam edir. Sonra kitabın səhifələrində Qobustan qayaüstü rəsmləri, Yanardağ, Şahdağın qarlı zirvələri, Quba-Xaçmazın göz oxşayan bağları, Şəki-Zaqatala Gəncə-Qazax zonasının zümrüd meşələri qədim qalaları, Lənkəran Naxçıvanın nadir təbiəti, tarixi abidələrini əks etdirən fotoşəkillər bir-birini əvəz edir. Kitabda hələ Ermənistanın işğalı altında qalan torpaqlarımıza həsr olunmuş bölmələr vardır. Nəşrə kompakt disk buklet əlavə olunmuşdur.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitaba ön sözü Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yazmışdır.

Dövlət hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri mərasimi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açaraq çıxış etdi.

 

 

Azərbaycan.- 2010.- 19  mart.- S.  1.