Mədəniyyət Turizm Nazirliyinin təsis etdiyi "Zirvə-2010" mükafatı təqdim edilmişdir

 

Martın 18-də Bakı Caz Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin təsis etdiyi "Zirvə-2010" mükafatının təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev son illər mədəniyyətimizin, incəsənətimizin, musiqimizin inkişafı, təbliği istiqamətində görülmüş işlərdən söz açmışdır.

Natiq bildirmişdir ki, ötən dövr ərzində bu sahənin inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir çox sərəncam imzalanmışdır.

Nazir vurğulamışdır ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti sayəsində Azərbaycan YUNESKO-da İSESKO-da layiqincə təmsil olunmuşdur. Son bir neçə ildə Azərbaycan mədəniyyətinin incilərindən bir neçəsi YUNESKO-nun tərtib etdiyi bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. İndi Azərbaycan müxtəlif festivallarda müsabiqələrdə fəal iştirak etməklə yanaşı, tez-tez bir sıra sərgilərin beynəlxalq tədbirlərin keçirildiyi ölkə kimi çıxış edir.

Bildirilmişdir ki, "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər Azərbaycanı bütün dünyada bir daha tanıtmışdır. Bu tədbirlər yüksək səviyyədə təşkil olunmuşdur İSESKO bunu layiqincə qiymətləndirmişdir. Bu tədbirlərdə, demək olar, bütün islam ölkələri iştirak etmişdir.

Ə.Qarayev demişdir ki, 2007-ci ildə təsis edilmiş "Zirvə" mükafatı 7 nominasiya üzrə il ərizində mədəniyyət sahəsində öz yaradıcılığı ilə fərqlənən istedadlı insanlara verilir. Ənənəvi olaraq bu dəfə mükafata teatr, musiqi, kino, təsviri incəsənət digər sahələrdə çalışan mədəniyyət xadimləri layiq görülmüşlər.

Sonra "Zirvə-2010" mükafatı xalq rəssamı Kamil Nəcəfzadəyə, xalq artistləri Əlibaba Məmmədova, Əminə Dilbaziyə, tanınmış rəssam Altay Sadıqzadəyə, Dövlət Pantomim Teatrına, "Niyyət" filminin yaradıcı kollektivinə Montrö Beynəlxalq caz festivalının qalibi İsfar Sarabskiyə təqdim edilmişdir.

Qaliblərə diplom, mükafatın rəmzi simvolu 5 min manat pul verilmişdir.

Tədbirdə tanınmış ifaçılar çıxış etmişlər.

Gecədə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, tanınmış mədəniyyət, incəsənət xadimləri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2010.- 19 mart.- S.  4.