Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Psixonevroloji Uşaq Evində Novruz şənliyi
Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtın Nərimanov rayonundakı Psixonevroloji Uşaq Evində Novruz bayramı şənliyi təşkil edilmişdir.
Uşaq evinin baş həkimi İradə Musayeva bildirmişdir ki, ölkəmizin rəhbərliyi tərəfindən uşaqların sağlam böyüməsi, təhsil, təlim və tərbiyəsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri əvəzedilməzdir.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev Psixonevroloji Uşaq Evində yaradılan yüksək şəraitin Fondun qayğısının bariz nümunəsi olduğunu vurğulamışdır.
Tədbirdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısından da danışılmışdır. Bayram şənliyi uşaqların rəngarəng çıxışları ilə davam etmişdir.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar da öz məharətlərini nümayiş etdirmiş, şeirlər söyləmiş, mahnılar oxumuş, səhnəciklər göstərmişlər. Məzhəkəçilərin bir-birindən maraqlı çıxışları bayram şənliyini daha da canlandırmışdır.
Daha sonra Heydər
Əliyev Fondu tərəfindən bayram süfrəsi açılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 19
mart.- S. 8.