Bahar çiçəyi
Rəssam duyğu və düşüncələrini ifadə etmək üçün gözəl bir kompozisiyadan ibarət tablo yaratdı. Novruzun atributlarını kətanın üzərinə köçürüb maraqlı rəsm cızdı. Füsunkar qoxusu, müxtəlif rəngləri ilə ağacları bəzəyən çiçəklər təbiətdə yeni ab-hava yaratdığına görə məhz bu səbəbdən yeni görüntü gətirmək üçün çiçəkləri Bahar qızının tacı hesab edib şəklə əlavə etdi. Xonçalara gözəllik qatan, bolluq, ruzi rəmzi olan səməni isə əblisəsiE
Yaşıl libasa bürünmüş şəklə xüsusi cazibədarlıq gətirən kəməri qırmızı lent və paxlava ilə uyğunlaşdırdı. Simasını qoğala oxşadıb parlaq, gözəl olduğunu vurğuladı. Boyalı yumurta əmin-amanlıq, sağlamlıq hesab olunduğuna görə, əllərini əvəzləyib maraqlı forma yaratdı. Obraza əlavə gözəllik qatsın deyə sırğalarını şamla əvəzlədi. Rəssam göy qurşağının 7 rəngi arasında seçilən qırmızı rəngi götürərək Bahar qızının dodaqlarını boyadı. Əlində tutduğu aydınlıq rəmzi olan güzgü tarın incə simlərindən süzülən insan ruhunu sakitləşdirən musiqi kimi fərqli görüntü yaratdı. Rəssam bir anlıq yaratdığı tabloya baxdı. Əziyyətinə dəymişdi. Əsər qeyri-adiliyi ilə seçilirdi...
Novruzun bütün gözəllikləri rəssamın ürəyindən keçərək kətan üzərinə həkk olunmuşdu. Bircə şey çatmırdı. O da sülh carçısı olan ağ göyərçin. Rəssam bu bəyaz quşu da böyük sevinc və ümidlə əsərinə əlavə etdi...
Ülviyyə VAHİDQIZI
Azərbaycan.- 2010.- 19
mart.- S. 12.