Belarusda Novruz bayramı qeyd edilmişdir

 

Azərbaycanın Belarusdakı səfirliyinin təşkilatçılığı ilə Minskdə Belarus Dövlət Filarmoniyasında Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Belarusun nazirliklərinin idarələrinin nümayəndələri, diplomatik nümayəndəliklərin missiyaların rəhbərləri, yerli ziyalılar, ölkənin aparıcı ali təhsil ocaqlarının rektorları, habelə Belarusun bütün guşələrindən gəlmiş çoxsaylı Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Təntənəli mərasimi açan Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev həmvətənlərini təbrik etmiş, qədim Novruz bayramının adət-ənənələrindən söhbət açmışdır. Diplomat Azərbaycan xalqının zəngin mədəniyyətinin sübutu olan Novruz bayramının mərasimləri barədə ətraflı məlumat vermişdir.

Tədbir çərçivəsində aşıq musiqisi konserti qonaqlar üçün əsl töhfə olmuşdur. Azərbaycandan gəlmiş aşıqlar Qələndər Zeynalov, Kəmalə Qubadlı Sərdar Məmmədov sazda mahir ifaları gözəl vokal incəlikləri ilə tamaşaçıları heyran etmişlər. Konsertdən sonra bütün qonaqlar Filarmoniyanın Mərmər salonuna bayram ziyafətinə dəvət edilmişlər.

Belarus kütləvi informasiya vasitələri Azərbaycan səfirliyinin təşkil etdiyi Novruz bayramı tədbirlərinə böyük maraq göstərmişlər.

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Minsk

 

Azərbaycan.- 2010.-  19 mart.- S. 12.