Novruz bayramı Küveytdə qeyd olunmuşdur

 

Azərbaycan Respublikasının Küveytdəki səfirliyi "Ərəb-Qərb münasibətləri" adlı tədqiqat mərkəzi ilə birlikdə Novruz bayramı keçirmişdir.

Bu barədə səfirlik tərəfindən verilmiş məlumatda bildirilir ki, tədbir Novruz haqqında Küveyt ictimaiyyətinin müxtəlif təbəqələrində maarifləndirmənin artırılması yerli dairələrin bu qədim bayramın öyrənilməsi araşdırılmasına cəlb edilməsi məqsədinə xidmət etmişdir.

İki yüzdən artıq qonağın qatıldığı tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporu, Küveytdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim tələbə heyəti, biznes dairələri, Avropa İttifaqı ölkələrinin, ABŞ, Kanada, Asiya Afrika icmalarının Küveytdəki üzvləri, elmi-tədqiqat institutlarının, yerli QHT-lərin, KİV-lərin, qadın gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Tədbiri səfir Şahin Abdullayev açaraq Azərbaycan xalqının ən qədim bayramlarından olan Novruz, onun adət-ənənələri, Novruz mətbəxi ölkəmizdə bu bayramla əlaqədar mərasimlər haqqında iştirakçılara geniş məlumat vermişdir.

Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə, Balkanlarda Qara dəniz hövzəsində 300 milyon insan tərəfindən qeyd olunan Novruzun 3000 ildən artıq yaşının olduğunu qeyd edən səfir Azərbaycanın təklifi ilə bu ilin fevralında BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" adlı qətnamənin qəbul edildiyini beynəlmiləl xarakter alan Novruzun sivilizasiyalar mədəniyyətlərarası dialoqa xidmət etdiyini vurğulamışdır.

"Ərəb-Qərb münasibətləri" Tədqiqat Mərkəzinin direktoru İbrahim Ədsani Azərbaycanın mədəniyyətinə gözəlliyinə vurğun olduğunu qeyd edərək saflıq yenilik rəmzi olan Novruzun öyrənilməsinin bu barədə ictimai maarifləndirmənin artırılmasının vacibliyini diqqətə çatdırmışdır.

Tədbir müddətində "Beynəlxalq Novruz Günü" ilə əlaqədar səfirliyin mətbuat məlumatı BMT Baş Məclisinin müvafiq qətnaməsi tədbir iştirakçılarına paylanmış Novruza xarakterik olan Azərbaycan mətbəxinin inciləri, bayram xonçaları, mədəniyyətimizi əks etdirən əyani vasitələr, xalçalar, milli geyimlər, musiqi alətləri, kitab broşürlər nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  20 mart.- S.  8.