Novruz nəğmələri

 

Novruz gəlir, yaz gəlir,

Nəğmə gəlir, saz gəlir.

Bağçamızda gül olsun,

Gül olsun, bülbül olsun,

Bağçalarda gül olsun,

Gül üstdə bülbül olsun

Novruz günü yaz olar,

Qırx kötük az olar.

Novruz, Novruz, bahara,

Güllər, güllər bahara.

Novruz gəlir, yaz gəlir,

Nəğmə gəlir, saz gəlir.

 

***

 

Bənövşəyəm, itmişəm,

Kol dibində bitmişəm.

Qızılgüldən utanıb,

Boynuəyri bitmişəm.

Çıxdım Kəpəz dağına,

Baxdım cənnət bağına.

Bənövşə calaq olmuş,

Qızılgül yarpağına.

 

***

 

Qaranquşam, qaranquş,

Mənəm gözəl, zərif quş.

Belimdə kəmərim,

Hər evdə yuvam, yerim.

 

***

 

Mən sehrli sünbüləm,

Mən xeyirli sünbüləm.

Tarlalar oylağımdır,

Yamaclar yaylağımdır.

İnsanlara gərəyəm,

Bərəkətəm, çörəyəm.

Yolçular yoldaşıyam,

Oğuzun qardaşıyam.

günlər yayanam mən,

İnsana həyanam mən.

Mən dünyanı gəzərəm,

Mən dünyanı bəzərəm.

Mən xeyirli sünbüləm,

Mən sehrli sünbüləm.

 

***

 

Həccələr, hüccələr,

Uzanar gündüzlər,

Qısalar gecələr.

Sallanar torbalar bacadan,

Uşaqlar pay istər ucadan:

- Xanım bacı dursana,

Torbanı doldursana.

 

***

 

Mart çıxdı, dərd çıxdı.

Hamı yaza mərd çıxdı.

 

 

Azərbaycan.- 2010.- 21  mart.- S.  6.