Novruz ayin və mərasimləri
Ən qədim insanların yaşayışı, mədəniyyəti, toy-düyün adətləri, bayram ayin və mərasimləri daha çox Novruz bayramında və yazın gəlişini qarşılama törənlərində yaşayır. İlaxır çərşənbə, tonqal üstündən atlanma, bayramlaşma, papaqatma, niyyət tutma, qulaq falı, yumurta boyama və sair. Qəribədir ki, ayin və mərasimlərin hamısı da kollektiv şəkildə icra olunur. Bu qədim xalq oyunları, icra olunan ayinlər insanların bir-birilə mehriban münasibətdə olmasına, bir yerdə mahnı oxumasına, şənlənməsinə, köməkləşərək ev töküb təmizləməsinə, birlikdə bişir-düşür etməsinə işarədir. Novruza hazırlaşan insanlar, adətən, qırmızı qumaşdan paltar geyinərmişlər. Bu, qırmızı şüalı Günəşi qarşılamaq mənasını ifadə edib.
Qədim türk xalqlarının həyat və məişətlərinin
əsas hissəsini əkinçilik, yaz-tarla işləri, mal-qara təşkil edib. Burada qurd və
Qodu müqəddəslik
işarəsi kimi götürülür. Qurd
Göyün rəngi,
Qodu da Günəşin
bəlgəsi kimi verilir. İnsanlar Günəşi çağırmaq
üçün Qodu-qodu
mahnısı oxuyar, ondan istilik istəyirlər.
Mifik təfəkkürə
görə Qodu ağlayanda yağış
yağar, güləndə
gün çıxarmış.
Aramsız yağan yağışı kəsmək
üçün insanlar
Qoduya müraciət edər, onun könlünə insaf salmaq üçün xələt-barat gətirərdilər.
Qodu-qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə
Qırmızı günü gördünmü?
Qodu gülmək
istəyir,
Qoymayın ağlamağa.
Novruz bayramının ayin və mərasimləri qədim məhəbbət
və qəhrəmanlıq
dastanlarında da təsvir olunub. Koroğlu dastanının
türkmən versiyasında
Günəşin ifadəçisi
kimi verilən keçi sahibsiz uşağa yardım edir. Günahkar insanlara günahlarından
arınmaq üçün
məhz yazqabağı
keçi qurban kəsmək məsləhət
görülür. Bunun üçün
o, keçinin buynuzlarına
qırmızı bağlayıb
çölə ötürür,
bağışlanmasını diləyir, onun duaları qəbul olunduqdan sonra keçini kəsir.
Novruzun gəlişini bayramla, müxtəlif törənlərlə
qarşılayan insanlar
həm də oyunlar qurardılar. Qışla yaz
mübarizə aparır,
sonda bahar gəlir, qış məğlub olur. Arzu-niyyət
tutma da yazın gəlişi ilə bağlanır, yəni, ürəyində
arzu-dilək tutub ilaxır çərşənbə
gecəsi diləyərsənsə,
göylərdən gələn
Günəş və
yaz bu diləkləri
eşidər, onu Səməni kimi cücərdər. Haqqında bəhs
etdiyimiz bir neçə oyun və ayinlər də dediklərimizin ifadəsidir.
"Şatır"
Xalqımızın ulu keçmişindən,
adət-ənənələrindən, əsasən də, yazın gəlişindən
xəbər verən
"Şatır" oyununu
uşaqlar və yeniyetmələr icra edir. İsti küləyin gəlişi
oyunla icra olunur. Qədimdə daha çox
əkinçiliklə dolanan
xalqlarda "Şatır"
oyunu həm də maddi-iqtisadi mahiyyət daşıyıb.
Etnoqraf alimlər Şatır sözünü çadır
sözü ilə bağlayırlar. Çadır burada göy qübbəsi, böyük
Yaradan kimi qəbul edilir.
Oyunun qaydasına görə, biri nəmişliyi, biri də istiliyi
təsəvvür edən
iki dövrə qurulur və iştirakçılar iki
yerə ayrılır. Yaş dairə
qışı, isti dairə yazı təmsil edir. Mübarizə başlanır. Hakimiyyətini itirmək istəməyən
qış yerə-göyə
meydan oxuyur, təbiəti dondurur, qoyun-quzunu öldürür,
əkin-biçini məhv
edir, təknələrdəki
ruzi-bərəkəti tükədir.
Onun bu hərəkəti göylər səltənətinin
hakimi olan istiliyin acığına gəlir. "Hakimiyyət uğrunda çarpışma başlayır".
Bu oyunu icra
edən uşaq və yeniyetmələr təmsil etdikləri dairədən çıxmırlar.
İstiliyin-yazın ifadəçisi olan dövrədəkilər
guya torpaq üzərindəki nəmişliyi
qurudur, torpağın
canı isinməyə
başlayır, göy
üzü getdikcə
aydınlaşır. Mərrix (Mars) və Zöhrə (Venera) göyün ənginliyində görüşürlər.
Bu rolları adətən,
qızlar ifa edir. Bu "görüşün"
sevincindən doğan
gur işıq yerə yayılır, təbiət dirilir, həyat təzələnir.
Bu oyun qədim
"Məsmayıl"
Bu oyun ildə bir dəfə - ilaxır çərşənbənin
axşamı icra olunur. Elin-obanın qız-gəlinləri, cavanları niyyət tutub kəndin ən yaşlı ağbirçəyi olan nənənin evinə toplaşırlar. Dünyagörmüş
nənə də iri mis qazanı
dupduru su ilə doldurub ağzını da ağ süfrə
ilə qapayır. Məsmayıla gələn qız-gəlinlər
ürəklərindəki arzu
və niyyətlərin
həyata keçməsi
üçün bir daha dua edib
gətirdikləri sancağı,
muncuğu, sırğanı,
üzüyü özlərinin
nişanəsi kimi su dolu qazana
atarlar. Bu mərasimdə gənc oğlanlar da iştirak edə bilər. Oyun başlayır, ilk bayatını ağbirçək
nənə özü
deyir. İnanca görə, hər
deyilən bayatıdan
sonra nənə əlini qazana salıb qarışdırır
və içərisindən
təxmini üzük,
sırğa, sancaq, muncuq çıxarır.
Çıxan nişanə kimindirsə
bayatının mənası
da onun qismətinə
yozulur. Bayatılar da əsasən
arzuların, ümidlərin
doğrulacağını, həyata keçəcəyini,
sevgililərin bir-birinə
qovuşacağını ifadə
edir.
Əzizinəm düzə
gəl,
Çəmənə gəl,
düzə gəl,
Döyüb qonşu
qapısın,
Çaşıb elə bizə gəl.
Dəvə gəlir
enişdən,
Topuğunacan gümüşdən
Bizə də bir pay düşə,
Xurcunundakı yemişdən.
Oyun üç dəfə təkrar olunur, qazan üç dəfə dolub-boşalır. Sonda cavanlar
həmin suda ucuna pambıq bərkidilmiş iynə qaçırdırlar. İynənin biri sevən oğlanı, o biri də qızı ifadə edir. Bir-birini qovan iynələr qovuşursa, bu da sevənlərin bir-birinə qovuşacağına
işarə kimi yozulur. Mərasim sona yetəndə
ağbirçək nənə
mis qazandakı suyu dirilik, azar-bezardan
qurtuluş rəmzi kimi camaatın üzünə çiləyir
və "üzünüzə
aydınlıq" deyir.
"A teşti-teşti"
Qədim insanlar təbiət hadisələrini
və kortəbii qüvvələri canlı
varlıq kimi təsəvvür etmiş,
onları ilahiləşdirmiş,
adına oyunlar düzəltmiş,
nəğmələr qoşmuşlar.
Hər bir oyunu icra
edərkən kollektiv
şəkildə nəğmələr
oxumuşlar. "Gün
çıx, gün çıx", "Qodu-qodu",
"Üşüdüm", "Yel baba", "Xıdır İlyas",
"Səməni", "Hakışta"", "A teşti-teşti"
və başqa bu cür nəğmələr
əcdadlarımızdan indimizədək
gəlib yetişən
dəyərli mədəni
miraslarımızdandır. İcra olunan oyun və
oxunan nəğmələr
təbiət qüvvələrini
dilə tutmaq, onları öz arzularına, istəklərinə
uyğunlaşdırmaq məqsədi
daşıyır. "A
teşti-teşti" oyunu
xalqımızın qədim
dövrlərdə yağış
tanrısı kimi tanıdığı Tir-Tiştrin
(Tiştar-Tir) şərəfinə
oxunmuş nəğmələrlə
bağlıdır. Bu nəğmələr nəsildən-nəslə
keçərək sadələşmiş,
"A teşti-teşti" şəklinə düşmüşdür.
Əsatirə görə yağış
mələyi Tiştar
quraqlıq divi Apauş ilə vuruşub ona qalib gəlir və insanları yağış-su ilə təmin edir. Yağışın yağmasını bayram edən insanlar qol-qola girərək "A teşti-teşti"
nəğməsini oxuyurlar.
Bugünümüzədək gəlib çıxan
bu oyunda uşaqlar Tiştara alqış nəğməsini
simvolik olaraq "iki xoruz dalaşdı"
kimi də ifa edirlər. Burada iki xoruz Tiştarla
Apauş nəzərdə
tutulur.
A teşti-teşti-teşti,
Atım gilanı keçdi.
İki xoruz dalaşdı,
Biri qana bulaşdı.
Qədim xalq oyunçuları meydan tamaşalarında yağışın yağmasını,
yazın gəlməsini
yamsılayar, şoqqa
çıxarar, Tiştarı
alqışlayarmışlar.
Hər il olduğu kimi, bu il də
xalqımızın Novruz
bayramından bir arzusu, bir diləyi
var. Gələn Novruzu
qədim Oğuz elinin bir parçası
olan Qarabağ torpağında qarşılayaq,
Qarçiçəyini, Novruzgülünü,
Xarıbülbülü Şuşanın
dağlarından dərək.
Rəsmiyyə RZALI
Azərbaycan.- 2010.- 21
mart.- S. 7.