Moskva Linqvistika Universitetinin
Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzində Novruz
bayramı qeyd edilmişdir
Moskva Dövlət Linqvistika Universitetinin Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzində bahar
bayramı Novruza həsr edilmiş tədbir keçirilmişdir.
Bu ali məktəbin tərcümə fakültəsinin
Azərbaycan dili müəllimi, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva tədbir iştirakçılarını salamlayaraq demişdir ki, Novruz ən
humanist ənənələri
təcəssüm etdirir.
Azərbaycan xalqının
ən əziz bayramlarından olan Novruz uğur, dostluq və səmimiyyət rəmzidir.
Təsadüfi deyildir
ki, BMT-nin Baş Məclisi Novruz bayramının beynəlxalq miqyasda qeyd edilməsini qərara almışdır.
Universitetdə
Azərbaycan dilini öyrənən tələbələr
Novruz mövzusunda səhnəciklər göstərmiş,
Bakı haqqında Azərbaycan dilində şeirlər və xalq mahnılarımızı
oxumuşlar. Tələbə
İlya Ostaşko Molla Pənah Vaqifin və Cabir Novruzun sözlərinə özünün
bəstələdiyi mahnıları
ifa etmişdir. Bahar qız rolunda çıxış
edən tələbə
Mariya Ryabova tədbir iştirakçılarının
xüsusi rəğbətini
qazanmışdır.
Səhnədə
quraşdırılmış monitorda Bakıda, İçərişəhərin Qoşa Qala qapısı ətrafında
bayram şənliyindən
çəkilmiş fraqmentlər
nümayiş etdirilmişdir.
Qonaqlara Novruz bayramı münasibətilə
hazırlanan ənənəvi
şirniyyat təklif edilmişdir.
MDB ölkələrinin və
Baltikyanı dövlətlərin
dillərini öyrənən
tələbələr, həmçinin
universitetin professor-müəllim
heyətinin nümayəndələri
ürək sözlərini
söyləmiş, şənlik
iştirakçılarını bayram münasibətilə
təbrik etmişlər.
Qeyd etmək lazımdır ki, universitetin tələbələri iki
il ərzində Azərbaycan dilinin öyrənilməsi sahəsində
ciddi uğurlar qazanmış, xalqımızın
dilini və mədəniyyətini sevmişlər.
Gülhüseyn Hüseynoğlunun
"Azərbaycan dili haqqında lirik düşüncələr" adlı mənsur şeirində dilimizə sevgi hissləri çox səmimi təsir bağışlamışdır.
Yeri gəlmişkən,
bu şeirləri rus dilinə tələbələr özləri
tərcümə etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-
2010.- 21 mart.- S. 8.