Sənətkar ömrü

 

Azərbaycan teatr sənətinin azman nümayəndələrindən olan Səməndər Rzayev cəmi 41 il ömür sürsə , yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların qəlbində sevgi ilə yaşayır. Bu böyük sənətkarı sevdirən onun fitri aktyorluq bacarığı ilə yanaşı, həm nurla dolu obrazları, sehrli səsi, xatakterindəki bütövlük, peşəsinə vurğunluğu səmimiyyəti idi.

Təsadüfi deyil ki, elə tələbəlik illərindən böyük səhnəyə dəvət aldı, Şekspirin "Hamlet" əsərinin tamaşasında Horatsio obrazını yaratdı. Teatr mütəxəssisləri , sənətsevərlər, tamaşaçılar da hiss etdilər ki, Azərbaycan səhnəsinə bənzərsiz bir aktyor gəlir. İllər ötdükcə böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, yaratdığı obrazların kamilliyi ilə diqqəti çəkdi. Kino televiziya filmlərinə, dublyaja - xarici filmlərin səsləndirilməsinə dəvət aldı. Dövlət radiosunun efirindən xalq artisti Məhluqə Sadıqova ilə birgə "Bulaq" xalq yaradıcılığı verilişini səsləndirdi. Hər bazar axşamı "Bulağ"ın efir vaxtını milyonlarla dinləyici gözləyirdi.

Səməndər Rzayev bütün janrlarda eyni ustalıqla obrazlar yaradıb. Tarixi film tamaşalardakı rollarından tutmuş müasir komediya əsərlərindəki obrazlara qədər bütün işlərini eyni məhəbbət peşəkarlıqla yaradırdı. Məhz bu yaradıcılığın mayasına hopmuş səmimiyyət məhəbbət idi Səməndər Rzayevi tamaşaçıya sevdirən...

Çox qəribədir ki, martın 27-də - Beynəlxalq Teatr Günündə Səməndər Rzayev bu işıqlı dünyaya gözlərini əbədi yumub. Onun sənət dostları da məhz həmin gün - martın 27-də Ağsu rayonuna gələrək böyük sənətkarın xatirə işığına toplaşdılar.

Ağsu RİH başçısı Ənvər Seyidəliyev gələn qonaqlara təşəkkürünü bildirdikdən sonra Səməndər Rzayevin uşaqlıq illərindən, onun doğulduğu Ağsu rayonuna məhəbbətindən söz açdı. Milli Məclisin deputatı Ərəstun Cavadov Səməndər Rzayevin xatirəsinin hər bir ağsulunun qəlbində əziz tutulduğunu bildirdi qeyd etdi ki, onun yaradıcılığının daha geniş təbliği tədqiqi ilə bağlı müəyyən tədbirlər nəzərdə tutulub.

Respublikanın xalq artistləri Rasim Balayev, Fuad Poladov, İlham Əsgərov, Yaşar Nuri, Telman Adıgözəlov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov, əməkdar artistlər Əli Nur, Hicran Hüseynov Səməndər Rzayevin yaradıcılığından onunla bağlı xatirələrindən söz açdılar. Xalq artisti Rasim Balayev xüsusi vurğuladı ki, onun aktyorluq sənətini seçməyində uşaqlıq dostu Səməndər Rzayevin əvəzsiz xidmətləri olub. Əslində, bütün çıxışlarda böyük sənətkarın sənət dostlarına, yaradıcı gəncliyə diqqət qayğısı xüsusi vurğulandı.

Yazıçı-publisist, uzun illər Azərbaycan Dövlət Radiosunun "Bulaq" verilişinin müəllifi redaktoru olmuş İntiqam Qasımzadə Səməndər Rzayevlə "Bulaq"dakı birgə fəaliyyətlərindən danışdı. Respublikanın əməkdar artisti Zakir Əliyev, müğənni Mətanət Əsədova, gənc istedadlardan muğam müsabiqəsinin laureatı Abgül Mirzəliyev Nigar Salmanova təsirli ifaları ilə gecəni daha maraqlı etdilər.

Sonda Səməndər Rzayevin qızı, Azərbaycan Radiosunun əməkdaşı Rübabə Səməndər tədbirin təşkilatçılarına qonaqlara təşəkkürünü bildirdi.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.-  30 mart.- S.  7.