Nazim Hikmət irsinə dünyəvi baxış

 

Fransanın paytaxtı Paris şəhərindəki "Petra" nəşriyyatında "Nazim Hikmət: irs modernizm" adlı kitab nəşr olunmuşdur. Fransız dilində çap olunmuş kitabda görkəmli türk şairi, dramaturq ictimai xadim Nazim Hikmətin həyatı yaradıcılığına aid məqalələr toplanmışdır. Fransa, Türkiyə, Almaniya, Polşa, İspaniya alimlərinin məqalələrinin yer aldığı topluda Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəylinin "Nazim Hikmət Azərbaycanda" adlı məqaləsi verilmişdir.

Məqalədə şairin Azərbaycanla, habelə Azərbaycan yazıçıları şairləri ilə əlaqələrindən bəhs olunur. Akademik İsa Həbibbəyli ilk şeirlər kitabı 1928-ci ildə Bakıda nəşr olunan, xalqımızın yaxın dostu Nazim Hikmətin yaradıcılığında Azərbaycan mövzusu, azərbaycanlı müəlliflərin şair-dramaturqla bağlı tədqiqatları haqqında elmi qənaətlərini Azərbaycan-türk ədəbi əlaqələrinin fonunda təqdim etmişdir. Kitabda məqalə müəllifinin təqdim etdiyi Nazim Hikmətin Azərbaycan yazıçıları ilə əlaqələrini əks etdirən 3 fotoşəkil öz əksini tapmışdır.

"Nazim Hikmət: irs modernizm" kitabını tanınmış fransız alimləri Mişel Bozdəmir Timour Muhidine çapa hazırlamışdır. Timour Muhidinenin kitaba yazdığı ön sözdə görkəmli türk şairinin yaradıcılığındakı bəşəri dəyərlərdən, humanizm ideyalarından mübarizlik ruhundan, onun dünya ədəbiyyatındakı yerindən bəhs olunur. Tərtibçilərdən professor Mişel Bozdəmir həm yeni dövr Azərbaycan-Fransa əlaqələrinin inkişafına mühüm xidmətlər göstərən görkəmli alim kimi tanınır. Ümid edirik ki, yeni nəşr tanınmış şair-dramaturq Nazim Hikmətin simasında XX əsr türk ədəbiyyatının Avropa oxucularına daha geniş təqdimatında böyük rol oynayacaq.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2010.-  30 mart.- S.  7.