"Ölkədən
getmək, ölkəyə
gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikasının
2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş "Vəzifəli şəxslər
tərəfindən maliyyə
xarakterli məlumatların
təqdim edilməsi Qaydaları"na dəyişikliklər və
əlavə edilməsi
barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, ¹18, maddə 243; 1995-ci il, ¹14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹5, maddə 385, ¹6, maddə 493; 1998-ci il, ¹2, maddə 70; 2000-ci il, ¹12, maddə 835; 2001-ci il, ¹3, maddə 143, ¹6, maddə 378, ¹11, maddə 674; 2002-ci il, ¹1, maddə 4, ¹8, maddə 463; 2004-cü il, ¹7, maddə 505; 2005-ci il, ¹3, maddə 152, ¹10, maddə 874; 2006-cı il, ¹1, maddə 3, ¹2, maddə 64, ¹3, maddə 219, ¹4, maddə 319, ¹11, maddə 933, ¹12, maddələr 1006, 1017, 1029; 2007-ci il, ¹7, maddə 712, ¹8, maddə 753, ¹11, maddə 1053; 2008-ci il, ¹3, maddə 158, ¹8, maddələr 699, 701, ¹10, maddə 886; 2009-cu il, ¹7, maddə 519) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddənin birinci hissəsində "Milli Bankın" sözləri "Mərkəzi Bankın, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin" sözləri ilə əvəz edilsin;
2. 6-cı maddənin birinci hissəsinin 1-ci bəndində "Milli Bankın sədrinə və onun müavinlərinə" sözləri "Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoruna" sözləri ilə əvəz edilsin.
II. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹8, maddə 690; 2006-cı il, ¹4, maddə 316; 2007-ci il, ¹10, maddə 934; 2008-ci il, ¹8, maddə 699) ilə təsdiq edilmiş "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"nın 3.1-ci maddəsinin ikinci abzasında "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilsin, "Mərkəzi Seçki Komissiyasının sədrləri və onların müavinləri" sözlərindən sonra ", Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru və onun müavini" sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 fevral 2010-cu il
Azərbaycan.- 2010.- 18
mart.- S. 1.