Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28
sentyabr tarixli 634 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"na əlavə edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28
sentyabr tarixli 634 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007-ci il, ¹9, maddə
872; 2008-ci il, ¹3, maddələr
169, 186, ¹5, maddə 364, ¹6, maddələr
483, 504, ¹12, maddə 1057; 2009-cu il, ¹2, maddələr 59,
69, 73, ¹5, maddə 321, ¹6, maddə
421) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"na aşağıdakı
məzmunda 14-cü bənd
əlavə edilsin:
"14. Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi adından:
14.1. Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
77-ci, 85.0.4-cü, 107-ci, 114-cü, 115-ci, 144-cü,
196.0.3-196.0.6-cı, 253-1-ci, 302-304-cü, 316-cı maddələrində və
71-ci, 76-cı, 85.0.1-ci, 85.0.2-ci, 85.0.8-ci, 85.0.9-cu, 85.0.10-cu,
115-1-ci, 144-1-ci maddələrində,
155.1.9-cu, 159-cu, 161.1-ci, 196.0.1-ci, 301.0.7-ci, 301.0.8-ci, 320-ci,
320-1-ci, 321-ci maddələrində (öz səlahiyyətləri
daxilində) nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə - fövqəladə
hallar naziri, nazirin birinci müavini və nazirin müavinləri;
14.2. Məcəllənin
144-cü və 144-1-ci maddələrində
(öz səlahiyyətləri
daxilində) nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə - Kiçik
Həcmli Gəmilər
üzrə Dövlət
Müfəttişliyinin rəisi,
onun müavinləri;
14.3. Məcəllənin
253-1-ci, 302-304-cü və 316-cı maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə - Dövlət
Yanğın Nəzarəti
Xidmətinin rəisi,
onun müavinləri, müvafiq ərazi və regional Dövlət
Yanğın Nəzarəti
İdarələrinin rəisləri;
14.4. Məcəllənin
77-ci və 107-ci maddələrində
nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyinin Nüvə
və Radioloji Fəaliyyətin Tənzimlənməsi
üzrə Dövlət
Agentliyi adından,
85.0.4-cü, 114-cü, 115-ci maddələrində
və 71-ci, 76-cı, 85.0.1-ci, 85.0.2-ci,
85.0.8-ci, 85.0.9-cu, 85.0.10-cu, 115-1-ci, 159-cu, 301.0.7-ci, 301.0.8-ci,
320-ci, 320-1-ci və 321-ci maddələrində
(öz səlahiyyətləri
daxilində) nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyinin Sənayedə İşlərin
Təhlükəsiz Görülməsi
və Dağ-Mədən
Nəzarəti Dövlət
Agentliyi adından,
196.0.3-196.0.6-cı maddələrində və 161.1-ci, 196.0.1-ci maddələrində
(öz səlahiyyətləri
daxilində) nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə
Nəzarət Dövlət
Agentliyi adından Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 28
sentyabr tarixli 634 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı"nın 1.10-cu bəndində nəzərdə
tutulmuş vəzifəli
şəxslər baxırlar.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 mart 2010-cu il
Azərbaycan.- 2010.- 18 mart.- S. 2.